Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə başsağlığı məktubu göndərib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir məktubunda qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dərin hüznlə başsağlığı verib. Əli Əsədov yaralananlara isə şəfa diləyib.
