Sentyabrın 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Temperaturun gecə 19-21, gündüz isə 26-30 dərəcə isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz arasında dəyişəcək.
Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağması və şimşək çaxması mümkündür. Həmin ərazilərdə arabir duman müşahidə ediləcək.
Şərq küləyi əsəcək. Rayonlarda temperaturun gecə 18-22, gündüz 27-32, dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 18-22 dərəcə isti olacağı bildirilir.
