İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Dövlət İdarəsi və Mənzil İnkişafı Agentliyinin (MİDA) adından süni intellekt proqramlarından istifadə etməklə saxta sənədlər hazırlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva tutulublar.
İstintaqla müəyyən edilib ki, şəxslər süni intellekt proqramlarından istifadə edərək MİDA adından saxta alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar. Hazırlanan saxta sənədlər vətəndaşlara 1000 manatdan 9000 manatadək məbləğ müqabilində təqdim olunub.
Şükufə Mirzəyevanın yaşadığı mənzilə baxış zamanı ümumilikdə 472 saxta müqavilə aşkarlanaraq götürülüb.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.
DİN və MİDA vətəndaşlara yalnız rəsmi elektron xidmətlərdən istifadə etməyi, eləcə də növbədənkənar güzəştli mənzil vədlərinə inanmamağı tövsiyə edib.
MİDA adından 472 saxta müqavilə hazırlayanlar saxlanıldı
Şərh edilməmiş
