By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İki həkim saxta tibbi sənədlərə görə məhkəmə qarşısında
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > İki həkim saxta tibbi sənədlərə görə məhkəmə qarşısında
Ölkə

İki həkim saxta tibbi sənədlərə görə məhkəmə qarşısında

Lamiyə Turqay
Last updated: Sentyabr 9, 2026 10:25 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Rüşvət qarşılığında saxta tibbi sənədlər verən həkimlərin işi məhkəməyə göndərildi

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, saxta tibbi sənədlər hazırlayaraq vətəndaşların müavinət almasına şərait yaratmaqda ittiham olunan iki həkimlə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Araşdırmalar zamanı “Seymur-M” MMC-nin təsisçisi və direktoru, şirkətə məxsus “General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılov və Bakı şəhəri 42 nömrəli poliklinikanın keçmiş sahə həkimi Səmayə Əşrəfovanın qanunsuz əməllərinə dair əsaslı şübhələr müəyyən edilib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2017-2024-cü illərdə müxtəlif şəxslərdən pul alaraq onları lazımi tibbi müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədlərlə təmin ediblər. Həmin sənədlər əsasında vətəndaşlara müavinətlərin ödənilməsi təşkil olunub.

Rüstəm Mikayılovun rüşvət yolu ilə əldə etdiyi vəsaitlərin leqallaşdırılması ilə bağlı da araşdırma aparılıb.

Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova bir neçə maddə, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar və qabaqcadan əlbir olan qrup halında rüşvət alma və vəzifə saxtakarlığı ilə bağlı ittihamlar irəli sürülüb.

Səmayə Əşrəfova da vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar və qrup halında rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunub.

Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub. “Seymur-M” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı ayrıca icraat başlanıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə digər şəxslərin də əməlləri araşdırılır. Onlarla bağlı materiallar ayrıca icraata ayrılıb və istintaq davam etdirilir.

Naxçıvanda yeni dövr başlayır
Azərbaycanda sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması müzakirə edilib
Sentyabrın 16-sı üçün hava PROQNOZU
Metronun təmiri müddətində avtobuslar xidmət göstərəcək
Sabahdan güclü külək: Bu bölgələr üçün SARI XƏBƏRDARLIQ
Share This Article
Facebook Email Print
Previous Article “Brent” nefti 100 dolları keçdi
Next Article Sarımsağın faydaları və ziyanları
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?