İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İmişli Şəkər Zavodunun ərazisində, anbarlardan birində yanğın baş verib.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının söndürülməsinə Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar xəstəxanaya müraciət daxil olmayıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
İmişli Şəkər Zavodunda yanğın baş verib
Şərh edilməmiş
