İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Tehranda qış mövsümündə Azərbaycandan İrana elektrik enerjisi idxalının artırılması məsələsi müzakirə olunub.
Görüş zamanı enerji mübadiləsinin genişləndirilməsi, elektrik enerjisinin birbaşa idxalının artırılması, həmçinin qaz və elektrik enerjisi svopu ilə bağlı məsələlər nəzərdən keçirilib.
Bununla yanaşı, Xudafərin və Ordubad su elektrik stansiyalarının tikintisi və layihələrin tamamlanması məsələləri də müzakirə mövzusu olub.
