İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakıda orta məktəbin qarşısında 18 yaşlı gəncin öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Q. Mahmudov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün paytaxtın Xətai rayonunda, 56 nömrəli məktəbin qarşısında baş verib. 18 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.
