İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın zərərçəkmiş kimi tanındığı dələduzluq işi üzrə məhkəmə prosesi davam edib.
Könül Həmzəyeva məhkəmədə bildirib ki, salonun təmiri üçün Röyal Masiyevə verdiyi pullarla bağlı qəbz almayıb və ona etibar edib. Onun sözlərinə görə, 300 min 706 manat məbləğində borc geri qaytarılmayıb.
Zərərçəkmiş, həmçinin 14 min 800 dollar dəyərində saatın da götürüldüyünü və pulunun ödənilmədiyini iddia edib.
Röyal Masiyev külli miqdarda dələduzluqda ittiham olunur. O, hazırda ev dustaqlığındadır.
İş üzrə növbəti məhkəmə iclası noyabrın 17-nə təyin edilib.
