İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə zamanı “Renault” markalı yük maşınının qoşqu hissəsində yerləşən təkərdə yanğın baş verib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun avtomobilin digər hissələrinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ciddi ziyan qeydə alınmayıb.
