İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Şamaxı rayonunun Qızmeydan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sərnişin Şövkət Aslanova hadisə yerində həyatını itirib.
Avtomobilin sürücüsü Mətləb Aslanov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
