ABB kartlarında texniki problem: bəzi müştərilərin balansında silinmə və borc görünür
Azərbaycan Beynəlxalq Bankına məxsus ödəniş kartlarında texniki nasazlıq səbəbindən bəzi istifadəçilərin balansında vəsaitin silinməsi və borc məbləğinin əks olunması halları qeydə alınıb.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, məsələ ilə bağlı bank tərəfindən açıqlama verilib.
Bildirilib ki, yaranmış vəziyyət üçüncü tərəf sistemlərində baş verən texniki çətinliklə əlaqədardır. Nəticədə bəzi kartlarda əlavə vəsait silinməsi müşahidə olunub.
Bank nümayəndələri problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını və nasazlığın qısa müddət ərzində həll ediləcəyini qeyd ediblər.
Müştərilərdən yaranmış narahatlığa görə anlayış göstərmələri xahiş olunub.
