İyunun 17, 18 və 19-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağışların qısamüddətli intensiv xarakter alması, şimşək çaxması və dolu düşməsi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
Eyni zamanda iyunun 17 və 18-də bəzi bölgələrdə gözlənilən güclü külək səbəbilə sarı xəbərdarlıq elan olunub.
Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala və Naxçıvan Muxtar Respublikasında qərb küləyinin əsəcəyi, küləyin sürətinin 13.9 ilə 20.7 metr saniyə arasında dəyişəcəyi bildirilib.
