By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Əraqçi Xameneiyə edilən hücum zamanı yaşadıqlarını ilk dəfə danışdı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Əraqçi Xameneiyə edilən hücum zamanı yaşadıqlarını ilk dəfə danışdı
Dünya

Əraqçi Xameneiyə edilən hücum zamanı yaşadıqlarını ilk dəfə danışdı

Lamiyə Turqay
Last updated: İyul 23, 2026 7:48 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrail tərəfindən İranın ali lideri Əli Xameneiyə qarşı həyata keçirildiyi bildirilən hücum zamanı yaşadıqlarını ilk dəfə ictimaiyyətlə bölüşüb.

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, iranlı sənədli film rejissoru Cavad Moquyinin proqramına qonaq olan Əraqçi hadisənin Əli Xameneinin Baş Qərargah rəisinin müavini Əli Əsgər Hicaziyə məlumat verildiyi vaxt baş verdiyini bildirib.

Nazirin sözlərinə görə, həmin an ardıcıl üç güclü partlayış qeydə alınıb. O qeyd edib ki, üçüncü partlayış binanın yerləşdikləri hissəsinin yaxınlığında baş verib və Hicazinin ofisinin yerləşdiyi qanad birbaşa zərbə alaraq tamamilə dağılıb.

Əraqçi bildirib ki, partlayışdan sonra olduqları hissədə tavan və divarlar çöküb. Onun sözlərinə görə, Hicazinin əlindən tutaraq dağıntılar arasından çıxmağa çalışıblar. Tavandan su damdığını, ətrafın tamamilə xarabalığa çevrildiyini deyən nazir sonda dağıntılar altından sağ çıxmağa nail olduqlarını vurğulayıb.

O, hücum zamanı Əli Əsgər Hicazinin katibinin həlak olduğunu, Hicazi və özünün isə xilas edildiyini açıqlayıb.

Əraqçi hadisədən sonra təhlükəsizlik risklərinin davam etdiyini də bildirib. Onun sözlərinə görə, xidməti avtomobili yararsız hala düşdüyündən Xarici İşlər Nazirliyinə yoldan keçən başqa bir avtomobillə gedib. Nazir növbəti mümkün hücumların qarşısını almaq məqsədilə Tehranda tez-tez yerini dəyişdiyini və üç gün ərzində dövlət qurumlarında çalışan bir sıra şəxslərlə əlaqə saxlaya bilmədiyini deyib.

İranın xarici siyasət rəhbəri İsrailin ölkə rəhbərliyinin yüksək səviyyəli görüşlərindən məlumatlı olmasına da diqqət çəkərək bunun təhlükəsizlik sistemində ciddi boşluqların mövcudluğuna işarə etdiyini bildirib. O vurğulayıb ki, bu zəifliklərin aradan qaldırılması vacibdir.

Əraqçi müsahibəsində həmçinin bəzi region ölkələrinin ABŞ Prezidenti Donald Trampa İranla bağlı xəbərdarlıqlar etdiyini söyləyib. Onun sözlərinə görə, həmin ölkələr Vaşinqtona İranın Venesuela ilə müqayisə edilə bilməyəcəyini bildirərək hərbi müdaxilənin ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq ediblər.

Nazir qeyd edib ki, İranın əsas gücü minilliklərə söykənən dövlətçilik və sivilizasiya ənənələri, eləcə də şiə düşüncəsi və şəhidlik inancı ilə formalaşan ictimai müqavimət ruhudur. Bu amillərin ölkəni xarici təzyiqlərə qarşı daha dayanıqlı etdiyini vurğulayıb.

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Ermənistan XİN rəhbəri: Azərbaycanla faktiki sülh artıq mövcuddur
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Moskva üzərində yüzlərlə dron: Belqorodda partlayışlar
Suriyada beynəlxalq kartlarla ödənişlər yenidən başladı
Share This Article
Facebook Email Print
Previous Article Kiyev vilayətinə azərbaycanəsilli rəhbər təyin olundu
Next Article Peşə təhsilində yeni mərhələ: Bakı və Qubada iki müəssisə yaradılır
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?