Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, səfər çərçivəsində diplomatların işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həyata keçirilən layihələr və bölgədə yaradılan müasir infrastrukturla tanış olmaları nəzərdə tutulur.
İki günlük səfər zamanı diplomatik korpusun nümayəndələrinin müxtəlif ərazilərə baş çəkəcəyi və görülən işlərlə bağlı məlumatlandırılacağı gözlənilir.
Xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda
Şərh edilməmiş
