Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keçirilir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan işlər çərçivəsində əraziyə xüsusi texnikalar cəlb olunub. Hazırda yol yatağının qazılması və hamarlanması istiqamətində tədbirlər görülür.
Təmir işləri zamanı yolun dayanıqlığını artırmaq və uzun müddət istifadəyə yararlı vəziyyətdə saxlamaq məqsədilə drenaj sisteminin qurulması da nəzərdə tutulub. Bu məqsədlə səth və yağış sularının ərazidən kənarlaşdırılması üçün suötürücü borular və yağış suyu barmaqlıqları quraşdırılacaq.
Görülən işlər yolda su yığılmasının qarşısını almağa, yol örtüyünün zədələnmə riskini azaltmağa və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməyə xidmət edir.
Təmir-bərpa işlərinin qısa müddətdə başa çatdırılması və yolda nəqliyyatın hərəkətinin bərpa olunması planlaşdırılır.
Hökməli Qobu Güzdək yolunda təmir işləri aparılır
Şərh edilməmiş
