İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 14-də saat 01:35 radələrində Bakının Bilgəh qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Volkswagen” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
İlkin məlumata əsasən, qəzaya yüksək sürət və sürücünün sərxoş vəziyyətdə olması səbəb olub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər Kamran Əliyev və Təbriz Əliyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Dövlət Yol Polisi sürücülərə müraciət edərək sərxoş vəziyyətdə sükan arxasına keçməməyə çağırıb.
